MƏRDAN KAZIMOV SOLO KONSERTİ

BİLET AL REZERVASİYA

Mərdan Kazımov Solo Konserti Jolly Joker Bakı səhnəsində! Biletlər iticket.az saytında!

Mərdan Kazımov müasir Azərbaycan estrada musiqisinin gənc və parlaq simalarından biridir. O, klassik və retro Azərbaycan mahnılarına yeni aranjeman və modern interpretasiya gətirərək həm gənclərin, həm də nostalji sevərlərin rəğbətini qazanıb. Musiqi fəaliyyətinə sosial platformalarda fərqli ifaları ilə başlayan Kazımov, dinamik səhnə performansları və emosional ifa tərzi ilə qısa müddətdə böyük auditoriya toplamışdır. O, repertuarında həm şən ritmik ifaları, həm də duyğulu lirik mahnıları ustalıqla təqdim edərək geniş musiqi zövqlərinə xitab edir.

16 noyabr tarixində Mərdan Kazımov, “Cavanlığım”, “Başqa Birisini Sevə Bilməzsən”, “Ay Qız Sən Oyna”, “Qaytar Eşqimi” və digər sevilən Azərbaycan mahnılarına gətirdiyi yeni nəfəs ilə tanınan ifaçı, dinləyiciləri ilə “Cavanlığım” adlı solo konsertində Jolly Joker Bakı səhnəsində görüşəcək.

PROQRAM

20:00 ­ Məkan Açılış