Reynmen Jolly Joker Bakı səhnəsində! Biletlər iticket.az saytında!
Əsl adı Yusuf Aktaş olan Reynmen, qısa zamanda Türkiyənin ən çox dinlənən müğənnilərindən və sosial media fenomenlərindən birinə çevrilib. YouTube və Spotify platformalarında yüz milyonlarla izlənmə və dinlənmə qazanan sənətçi, musiqiyə fərqli yanaşması və səmimi üslubu ilə seçilir.
“Ela”, “Leila”, “Radyoda Neşet”, “Hevesim Yok” və digər hitləri onun yaradıcılığını geniş auditoriyaya sevdirməklə yanaşı, onu yeni nəsil musiqiçilərin ən uğurlu simalarından biri edib. Reynmen mahnılarında həm enerjili ritmlərə, həm də duyğusal melodiyalara yer verərək fərqli musiqi janrlarını öz tərzində birləşdirir.
İlk dəfə Bakıda konsert proqramı ilə çıxış edəcək sənətçi, Jolly Joker Baku səhnəsində yüksək enerjili performansı ilə tamaşaçılara unudulmaz gecə vəd edir.
PROQRAM
| 20:00 | Məkan Açılış |
| 00:00 | Reynmen |