“UNUDULMAZ MAESTRO” – VAQİF MUSTAFAZADƏNİN 85 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONSERT

BİLET AL REZERVASİYA

“Unudulmaz Maestro” – Vaqif Mustafazadənin 85 illik yubileyinə həsr olunmuş konsert!

Azərbaycan caz musiqisinin dahisi, dünya musiqi xəzinəsinə muğamla cazı sintez edərək yeni nəfəs gətirən Vaqif Mustafazadənin anadan olmasının 85 illiyi möhtəşəm musiqi gecəsi ilə yad ediləcək.

Mustafazadə XX əsrin ən böyük musiqiçilərindən biri hesab olunur və onun yaradıcılığı milli musiqimizin qlobal səviyyədə tanınmasına böyük töhfə verib. “Muğam-caz” anlayışının banisi olan maestro, öz bənzərsiz improvizasiya üslubu ilə həm Azərbaycan, həm də dünya musiqisində yeni bir məktəb yaradıb.

“Unudulmaz Maestro” adlı yubiley gecəsində Azərbaycanın və dünyanın tanınmış musiqiçiləri səhnəni bölüşərək Vaqif Mustafazadənin zəngin irsinə ehtiramlarını bildirəcəklər. Bu tədbir həm musiqi sevərlər, həm də gənc nəsil üçün maestro yaradıcılığını daha yaxından tanımaq baxımından mühüm hadisə olacaq.

PROQRAM

19:00 ­ Məkan Açılış
00:00 ­ Unudulmaz Maestro