BAKI

Jolly Joker Bakı

2008-ci ildə İstanbul'da səfərinə başlayan Jolly Joker, yüksək keyfiyyət standartlarına malik tərtib olunmuş sahnələri ilə illərdir keyfiyyətli musiqini dinləyicilərlə birləşdirir. Türkiyənin ən böyük konsert şəbəkəsinə sahib olan Jolly Joker, 21 filialı ilə musiqili və əyləncə dolu anlar yaşatmağın əlçatanlığını hədəfləyir.
Hər il 1,5 milyondan çox musiqisevərə ev sahibliyi edən Jolly Joker, ümumilikdə 12 şəhərdə, 8 JJ Pub, 13 konsert mekanı və JJ Arena ilə iştirakçılarını qonaqlamağa davam edir.

2024-cü ildən etibarən yeni səfərinə Azərbaycana yol alan Jolly Joker sürprizlərlə dolu gecələr təqdim edərək Azərbaycan əhalisinə və turistlərə əyləncə dolu anların keyfini yaşatmağı hədəfləyir. Dövlət Bayraq Meydanı Kompleksində yerləşən Jolly Joker, canlı musiqi performansları, əyləncə proqramları və müstəqil atmosferi ilə ziyarətçilərin əyləncəli və unikal təcrübə yaşamasını təmin edən ideal məkandır.
Meydançanın əsas mərtəbəsində yerləşən 2500 nəfərlik zal, geniş qapalı mekan imkanları ilə diqqəti cəlb edir.